30 noyabr 2019 - 09:30
Topol-M raketi sınaqdan keçirilib

Rusiya müdafiə nazirliyi cümə günü bir videoçarx yayıb. Həmin videoçarx Rusiyanın cənubunda yerləşən Həştərxan şəhərindəki “Kapustin Yar” raket qurğusundan “Topol” tipli qitələrarası raketin atıldığını göstərir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya müdafiə nazirliyi bu videoçarxı VK sosial şəbəkəsində yerləşdirib. Bu videoçarxda raketin səmaya buraxılması və sonda buludlar arasında itməsi müşahidə olunur.

Rusiya müdafiə nazirliyi cümə axşamı günü bir açıqlamada bildirdi ki, “Topol” raketinin sınaq atışını uğurla həyata keçiribdir. Rusiya ordusunun bildirdiyinə görə, raketin başlığı Qazaxıstanda simulasiya edilmiş hədəfə dəymişdi. “Topol” raketi strateji qitələrarası bir raketdir. Bu raket ötən əsrin səksəninci onilliyinin sonunda, doxsanıncı onilliyinin əvvəlində istehsal olunub.

Bu raket adi halda 800 kilotonluq bir başlıq daşıyır və 800 min ton TNT gücünə malikdir, yəni 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərinə atılmış atom bombasından dörd dəfə çox dağıdıcılıq gücünə malikdir.

...........
340