Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun Baş Qərargah rəisi və əlaqələndirici müavini kontr-admiral Həbibullah Səyyarinin, eləcə də Ordunun Baş Qərargahında bir sıra komandir və məsul şəxslərin iştirakı ilə Ordunun ən fəal üzv cəlbetmə əməkdaşlarının toplantısı keçirilib. Toplantının məqsədi Ordunun üzv cəlbetmə əməkdaşlarının fəaliyyəti barədə hesabat təqdim etmək və xüsusilə ümummilli qəbul imtahanı vasitəsilə Ordunun ehtiyac duyduğu daha çox sayda keyfiyyətli şəxsi heyətin cəlb edilməsi üçün planlaşdırma aparmaq olub.
Mərasimdə həmçinin Ordunun üzv cəlbetmə, seçim və işə qəbul üzrə vahid sistemi təqdim olunub. Bu sistem İnsan Resursları üzrə müavinlikdə hazırlanmış və süni intellekt əsasında inkişaf etdirilərək təkmilləşdirilmiş üçüncü nəsil sistemlərdən hesab olunur. Bu sistem çərçivəsində İran İslam Respublikası Ordusunun bütün səviyyələrində fəaliyyət göstərən şəxslər üzv cəlbetmə, üzv formalaşdırma və nəhayət, istedadlı şəxslərin cəlb olunmasını təmin edə bilərlər. Sistem onlayn imtahan keçirmək imkanına da malikdir və Ordunun bütün bölmələrinin istifadəsinə veriləcək.
Kontr-admiral Səyyari mərasimdə düşmənlərin öz məqsədlərinə nail ola bilməməsini İran İslam Respublikası üçün uğur adlandıraraq vurğulayıb: Biz son müharibələrdə uğurlu fəaliyyət göstərmişik. Bunun səbəbi də düşmənin əvvəlcədən müəyyən etdiyi məqsədlərə nail ola bilməməsidir. 8 illik Müqəddəs Müdafiə dövründə də eyni hadisə baş verdi. Həmin vaxt düşmən bir gün ərzində Xürrəmşəhri ələ keçirəcəyini və 7 gün ərzində Tehranın Azadlıq meydanına çatacağını elan etmişdi, lakin Xürrəmşəhərdə 34 gün ilişib qaldı. Bu, düşmənin bütün strategiyalarının məğlubiyyətə uğraması demək idi.
O bildirib ki, bugünkü müharibə iradələrin və çətinliklərə dözməyin müharibəsidir və biz bu sahədə çox uğurlu fəaliyyət göstərmişik. Kontr-admiral əlavə edib: Biz özümüzlə fəxr etməli və bilməliyik ki, bu gün qarşımızda dünyanın bütün hərbi texnika və texnologiyalarına malik olan bir düşmən dayanıb. Belə bir düşmən qarşısında dayandığımız üçün başımızı dik tutmalıyıq.
Sizin rəyiniz