ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi əlavə edib: İranın Milli Tanker Şirkəti tərəfindən aparılan araşdırmalar, bir İran gəmisinin cümə günü səhər bu tankerin Qırmızı dənizin şərqində yerləşən bir keçid dəhlizi yaxınlığında təxminən yarım saat fasilə ilə iki dəfə vurulduğunu göstərir. Bu zaman tankerə xəsarət dəyibdir.
Musəvi tankerin şəraitinin nəzarətdə olduğunu bildirərək, deyib: Xoşbəxtlikdən, tankerin heyətinə heç bir zərər dəyməyib və gəmi sabit vəziyyətdədir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra belə qeyd edib: Son bir neçə ayda Qırmızı dənizdə İran tankerlərinə qarşı bir sıra digər təxribatçı hərəkətlər edilib. Bu hərəkətlərdə əlləri olan amillər barədə araşdırmalar aparılır.
.........
340