30 sentyabr 2019 - 09:09
Zərif Tehrana geri döndü

İran İslam Respublikasının xarici işlər naziri Nyu-Yorka səfərdən və BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakdan sonra dünən gecə Tehrana geri dönüb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün sentyabrın 20-də Nyu-Yorka daxil oldu.

Zərif və onu müşayiət edən heyət sentyabrın 16-da Nyu-Yorka səfər etməli idi, amma Amerika hökuməti bir düşmənçilik hərəkətində Nyu-Yorka səfər üçün iranlı heyətə viza verməyi təxirə saldı.

Donald Tramp hökumətinin İranın xarici işlər nazirinə qarşı sanksiya və məhdudiyyətlərinə rəğmən, Zərif cümə günü sentyabrın 20-dən şənbə günü axşamadək öz xarici həmkarları, beynəlxalq rəsmilər, siyasi ekspertlər və media mənsubları ilə sıx görüşlər keçirdi.

Zərif Nyu-Yorkda Fransa, Avstriya, Kuba, Yaponiya, Pakistan, Venesuela, Finlandiya, Hollandiya, İraq, Nikaraqua, Tacikistan, Uqanda, Küveyt, Suriya, Polşa, Avstraliya və Ermənistanın xarici işlər nazirləri ilə fikir mübadiləsi aparıb.

İranın xarici işlər naziri həmçinin Venesuelanın vitse-prezidenti və xarici işlər naziri, BMT Baş Assambleyasının sədri, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi və MAQATE-nin baş direktoru ilə görüşüb.

İran İslam Respublikasının diplomatiya aparatının başçısı Avropa Birliyinin ev sahibliyi ilə Suriya iclasında da iştirak edib və Çinin ev sahibliyi ilə qədim sivilizasiyalar assambleyasında çıxış edib.

Zərif həmçinin BMT-nin Təhlükəsizlik Şurasında “Hörmüz sülhü təşəbbüsü”nü şərh edərək, Fars Körfəzində sabitlik və sülhün qorunması üzrə regional həmkarlığın vacibliyini vurğulayıb və bölgə ölkələrinin bu təşəbbüsə qatılmalarını istəyib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani çərşənbə günü BMT Baş Assambleyasındakı çıxışında İranın regional və beynəlxalq mövqelərini bəyan edərək, “Hörmüz sülhü təşəbbüsü” və ya “Ümid koalisiyası” adlı regional sülh layihəsini təqdim etdi.

..........
340