29 sentyabr 2019 - 06:11
Amerikanın həyasızcasına şərti

Amerika hökuməti İran İslam Respublikası xarici işlər nazirinin İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançiyə baş çəkmək üzrə xahişini həyasızcasına bir şərtlə rədd edib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Dövlət Departamenti dünən bildirib ki, Vaşinqton yalnız o zaman Məhəmməd Cavad Zərifin Məcid Təxte Rəvançiyə baş çəkmək xahişi ilə razılaşar ki, İran bir Amerika vətəndaşını azad etmiş olsun.

Məcid Təxte Rəvançi Hazırda Nyu-Yorkdakı bir xəstəxanada və BMT qərargahının perimetri xaricində xəstəxanaya yerləşdirilib.

ABŞ hökuməti Nyu Yorkdakı İran nümayəndə heyətinə geniş məhdudiyyətlər tətbiq edib.

İranın nümayəndə heyəti yalnız Birləşmiş Millətlər Təşkilatının qərargahı, İranın BMT-dəki nümayəndəliyi ofisi, İranın BMT-dəki səfirinin iqamətgahı və Nyu Yorkdakı Con F. Kennedi hava limanı arasında hərəkət edə bilər.

........
340