Ehlibeyt (as) Haber Ajansı ABNA - İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən axşamçağı Ankaraya yola düşməzdən öncə əlavə edib: Amerikalıların bölgədə iştirakı qanunsuz və müdaxilə mahiyyətlidir və bu gün bölgədə baş verənlər bir çox dünya ölkəsini nigaran edib. Bu da Amerikanın bölgədəki fitnələrindən irəli gəlir.
Ruhani həmçinin terrorizmlə mübarizə, gələcəkdə terrorizmi himayə edən ölkələrin müdaxilə etməmələri, Suriyanın bərpası, didərginlərin geri dönmələri, əsas qanunun islahı və 2021-ci il seçkilərini Türkiyə üçtərəfli sammitində araşdırılacaq mövzulardan adlandırıb.
.......
340