(ABNA24.com) İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Çin, Yaponiya və Malayziya rəsmiləri ilə görüşlərdən sonra Kuala-Lumpurdan Tehrana yola düşüb.
Zərif dünən üç Asiya ölkəsinə səfərinin sonuncu hissəsində Putracayada Malayaziyanın baş naziri Mahatir Muhəmməd və xarici işlər naziri Seyfəddin Abdullah ilə görüşüb.
İran İslam Respublikasının xarici işlər naziri avqustun 26-sı səhər tezdən Çin, Yaponiya və Malayziya istiqamətlərində Asiya səfərinə çıxdı.
İkitərəfli, həmçinin mühüm regional və beynəlxalq münasibətlərin araşdırılması İran xarici işlər nazirinin Çin, Yaponiya və Malayziya rəsmiləri ilə məşvərətlərinin mehvərlərindən olubdur.
.....
340