(ABNA24.com) BMT-nin insan haqları şurası bu qətnamədə Amerikanın üzv ölkələrə qarşı sanksiyalarını pisləyibdir. Bu barədə qətnamə layihəsi Venesuela, Fələstin və qoşulmama hərəkatı tərəfindən təqdim edilmişdi.
Bu qətnamə layihəsi 28 lehinə, 14 əleyhinə və beş bitərəf səslə qəbul olunubdur.
Venesuela prezidenti Nikolas Maduro qətnamənin qəbul olunmasından sonra twitter-də bu qətnamənin qəbul edilməsinə dəstək verdiklərinə görə, BMT-nin insan haqları şurasına üzv ölkələrə minnətdarlıq ifadə edib. O, yazıb: Bu, beynəlxalq əməkdaşlıqları genişləndirən və imperialist sanksiyaları rədd edən bir qələbədir.
BMT-nin insan haqları şurasının xüsusi məruzəçisi İdris Cəzayeri may ayında bildirmişdi ki, Amerikanın siyasi məqsədlərlə Kubaya, Venesuelaya və İrana qarşı iqtisadi sanksiyalardan istifadə etməsi insan haqlarını və beynəlxalq qanunları pozur.
/129
16 iyul 2019 - 06:03
Xəbər kodu: 961657
BMT-nin insan haqları şurası böyük əksəriyyətlə "Amerikanın sanksiyalarının pislənilməsi" qətnaməsini qəbul edib.