(ABNA24.com) İranın nüvə anlaşması tərəfləri olan Avropa ölkələri üçün təyin etdiyi 60 günlük fürsətin başa çatmaqda olduğu bir halda, dünən BMT Təhlükəsizlik Şurası nüvə anlaşmasını və 2231 saylı qətnaməni araşdırmaq məqsədilə bir iclas keçiribdir.
Bu iclas elə bir halda keçirilibdir ki, son zamanlar Amerika prezidenti Donald Tramp BMT qətnamələrinə zidd gedərək, İrana qarşı yeni sanksiyalar tətbiq edibdir.
Bu iclasda İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte-Rəvançi deyib: Amerikanın nüvə anlaşmasından çıxması və İrana qarşı yeni sanksiyaların tətbiq olunması səbəb olubdur ki, nüvə anlaşması təqribən tam şəkildə əsərsiz olmuş olsun. Bu üzdən, İran bundan sonra nüvə anlaşmasının qorunmasını təklikdə çiynində daşıya bilməz və daşımamalıdır da.
BMT-nin baş katibi tərəfindən qiraət olunan hesabatda qeyd olunubdur ki, nüvə anlaşması regional və beynəlxalq sülh və təhlükəsilzik üçün diplomatiya sahəsində böyük bir nailiyyətdir. Hesabatda vurğulanıb: İran barədə ikili istifadəyə malik olan nüvə texnologiyası, əmtəə malları, təchizatlar, maddələr və materialların köçürülməsi və ya satışı və təqdiminə dair bir məlumat almayıbdır ki, Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olmuş olsun.
Amerika iddia edibdir ki, ən kəskin sanksiyaların tətbiq edilməsilə nüvə anlaşmasının yerinə, yeni anlaşmaya çatmaq üçün İranla dialoq ardıncadır, amma İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri vurğulayıblar ki, nüvə anlaşması təcrübəsinə əsasən, Amerika ilə digər bir müzakirəyə girməyəcəkdir.
/129
İranın Avropaya verdiyi möhlətin bitməsi üzrə gerisayma
İranın nüvə anlaşması tərəfləri olan Avropa ölkələri üçün təyin etdiyi 60 günlük fürsətin başa çatmaqda olduğu bir halda, dünən BMT Təhlükəsizlik Şurası nüvə anlaşmasını və 2231 saylı qətnaməni araşdırmaq məqsədilə bir iclas keçiribdir.