17 iyun 2019 - 03:43
İran prezidenti Tehrana daxil olub

İran İslam Respublikası prezidenti Həsən Ruhani Qırğızıstan və Tacikistana üçgünlük səfərinin sonunda bu gün səhər tezdən Tehrana daxil olub.

(ABNA24.com) İran İslam Respublikası prezidenti Həsən Ruhani Qırğızıstan və Tacikistana üçgünlük səfərinin sonunda bu gün səhər tezdən Tehrana daxil olub.

Ölkə prezidenti və onu müşayiət edən heyət Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 19-cu zirvə görüşündə və SİKA sammitində iştirak edərək, İran İslam Respublikasının regional və beynəlxalq sahələrdəki mövqelərini şərh edib.

Prezident bu iki iclasın kənarında Çin, Rusiya, Əfqanıstan, Türkiyə və Tacikistan prezidentləri və Qətər əmiri ilə görüşlər keçiribdir.




/129