(ABNA24.com) Asiyada etimadyaratma tədbirləri və anlaşma üzrə 5-ci zirvə görüşündə iştirak və çıxış məqsədilə Qırğızıstandan Tacikistana yola düşmüş İran İslam Respublikası prezidenti paytaxt Düşənbəyə daxil olub.
Həsən Ruhani öz səfərinin ikinci mərhələsində və Tacikistan prezidenti İmaməli Rəhmanın dəvəti ilə dünən gecə Düşənbə hava limanına daxil olub və Tacikistan parlamentinin sədri Şəkurcan Zohurov tərəfindən qarşılanıb.
İran İslam Respublikası prezidenti bu gün Asiyada etimadyaratma tədbirləri və anlaşma üzrə 5-ci zirvə görüşündə iştirak və çıxış etməlidir.
Ruhani Tacikistana getməzdən öncə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 19-cu sammitində çıxış edərək, İran İslam Respublikasının ən mühüm region və dünya məsələləri barədəki mövqelərini bəyan edibdir.
/129
15 iyun 2019 - 09:43
Xəbər kodu: 951165
Asiyada etimadyaratma tədbirləri və anlaşma üzrə 5-ci zirvə görüşündə iştirak və çıxış məqsədilə Qırğızıstandan Tacikistana yola düşmüş İran İslam Respublikası prezidenti paytaxt Düşənbəyə daxil olub.