(ABNA24.com) Kohkiloye və Boyrəhməd-də bir “Dişmuk”lu sənətkar daş üzərində həkkaklıqla gözəl və dəyərli sənət əsərləri yaradır.
Müsahibə(kişi): Adım, Məhəmməd Cavad Əndişədir. 23 yaşım var.
Bu “Dişmuk”lu sənətkar illər boyudur, sərt və cansız daşlara can verir.
Müsahibə(kişi): Hər gün təqribən 8-9 saat bu otağın və ya emalatxanamın içində daşyonma işi ilə məşğul oluram.
Ailəsi deyir ki, Məhəmməd Cavad elə uşaqlıqdan daşyonmaya maraq göstərirdi.
Müsahibə(kişi): Uşaqlıqda onun oyuncağı həmişə daş olub və o, daşla oynayardı.
Müsahibə(kişi): Biz onun bacarığına təəccüb edərdik.
Bu “Dişmuk”lu sənətkar yalnız bir çəkic və vintaçanla böyük şairlərin şerlərini, Quran ayələrini, ətraf mühitin qorunması və sülh mesajlarını daş və təbaşir üzərində konstruksiya edir.
Məhəmməd Cavad öz sənətinin görünməsi üçün əsərlərini pulsuz surətdə hamı üçün sərgiləyir.
Bu sənətkarın əsərləri beynəlxalq festivallara da çıxıbdır.
İndiyədək bu kiçik otaqda yüzdən çox sənət əsəri yaradılıbdır ki, Şahçeraq-dakı “Ahunun zamini” heykəli və Dişmuk şəhərindəki “Bustan və Qolestan” elementi bu əsərlərdəndir.
İndi bu “Dişmuk”lu sənətkar elə bu sərt daşlar yolu ilə şəhər gəncləri üçün məşğulluq yaratmaq istəyir.
Bu sənətkar göstərdi ki, yaradıcılıq və daimi fəaliyyətlə sərt daşı bir sənət əsərinə çevirmək olar.
/129
12 iyun 2019 - 04:03
Xəbər kodu: 949846
Kohkiloye və Boyrəhməd-də bir “Dişmuk”lu sənətkar daş üzərində həkkaklıqla gözəl və dəyərli sənət əsərləri yaradır.