(ABNA24.com) Nyu-York Tayms qəzeti Sudan etirazçılarına divan tutmaq üçün əmirliklərin zirehli avtomobillərinin bu ölkənin paytaxtı Xortumda iştirak etmələrindən xəbər verib.
Nyu-York Tayms qəzetinin müxbiri Kristiaan Tribert dünən twitter-də əmirliklərin zirehli avtomobillərinin Xortumda iştirakının təsvirlərini yayıb.
O, yazıb: Sudanakı zorakılıqların qızğın çağında əmirliklərin azı üç ədəd “Əcəban 440A” tipli zirehli avtomobili Xortumda müşahidə olunubdur.
Əmirliklər ilə ərəbistan Sudan hərbi keçid şurasının əsas himayədarlarındandırlar.
Sudan hərbi keçid şurası bu ölkə ordusunun 11 aprel çevrilişindən və Ömər Əlbəşirin prezidentlikdən kənarlaşdırılmasından sonra Sudanda hakimiyyətə yiyələnib, amma xalq öz etirazlarını davam etdirməklə mülki bir hökumətin təşkil edilməsini tələb edir.
/129
9 iyun 2019 - 09:01
Xəbər kodu: 948598
Nyu-York Tayms qəzeti Sudan etirazçılarına divan tutmaq üçün əmirliklərin zirehli avtomobillərinin bu ölkənin paytaxtı Xortumda iştirak etmələrindən xəbər verib.