7 oktyabr 2026 - 22:38
İmam Müctəba Hüseyni Xamenei Əli Əkbər Natıq Nuriyə başsağlığı verdi

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei höccətül-islam vəl-müslimin Əli Əkbər Natıq Nurinin qardaşı Əhməd Natıq Nurinin vəfatı ilə bağlı başsağlığı verib.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei höccətül-islam vəl-müslimin Əli Əkbər Natıq Nuriyə qardaşı Əhməd Natıq Nurinin vəfatı ilə əlaqədar başsağlığı mesajı göndərib.

Başsağlığı mesajında mərhum Əhməd Natıq Nurinin İran İslam Respublikasının dövlət sistemində uzun illər xidmət etdiyi qeyd olunub.

Mesajda mərhum üçün Allah-Taaladan rəhmət və razılıq, həmçinin şəhid qardaşı ilə birlikdə həşr olunması dilənilib.

Seyid Müctəba Hüseyni Xamenei

8 Mehr 1405 / 18 Rəbiüs-sani 1448

Sizin rəyiniz

You are replying to: .
captcha