Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hüseyn Əbu Kələl əl-Tai adlı nümayəndə ilk Şiə olaraq Fillandiya parlamentinə üzv oldu.
Kökən İraqdan olan Fillandiya vətəndaşı parlament seçkiləri zamanı paytaxt Helsinki şəhərinin əksər səsini qazanaraq Fillandiya parlamentinə daxil olub.
Qeyd edək ki, Hüseyn Əbu Kələl Əsəd Əbu Kələlin oğludur. Əsəd Əbu Kələl vaxtilə Nəcəfi əşrəf şəhərinin valisi və İraqın Finlandiyadakı sabiq səfiri olub. O, həmçinin Finlandiya Əhli Beyt Risaləti İslami İcmanın aktivistlərindən olub.
Qeyd edək ki, Finlandiya Avropanın şimalında Baltik dənizi sahilində yerəşən dövlətdir. Rəsmi adı Finlandiya Respublikasıdır. Rusiya, Norveç və İsveç ilə həmsərhəddir. Sahəsi 338 min km²2, əhalisi 5.3 mln nəfərdir. Paytaxtı Helsinki şəhəridir. Finlandiya inzibati cəhətdən 12 lyaniyaya bölünür. Əhalinin 90%-ni lüteranlar, 1%-ni pravoslavlar və 1%-ni də Şiə Müsəlmanları təşkil edir.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır