10 mart 2019 - 12:35
Həmas Fələstin Sabirun Hərəkatının Rəhbərini azad etdi – Foto

Həmasın Qəzzədə sionist rejiminə qarşı fəaliyyət göstərən Fələstin Sabirun Şiə Müqavimət Hərakatına qarşı belə addım atması Müqavimət Hərakatı arasında çoxlu etirazlara və eyni zamanda işğalçı israil rejiminin sevincinə və bu addımın düzgün olduğunu elan etməsinə səbəb olmuşdur.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həmasın Qəzzə Zolağındakı təhlükəsizlik idarəsi ötən gün gecə radələrində Fələstin Sabirun Hərəkatının Baş Katibi Şeyx Hişam Salimi azad edib.

Həmas Fələstin Sabirun Hərəkatının Baş Katibi ilə yanaşı həbs etdiyi bu hərakatın daha üç rəhbərini də azad edib.

Qeyd edək ki, Həmas Fələstin Sabirun Hərəkatının Baş Katibi ilə yanaşı bu hərakatın Şadi Əbu Qumbəz, Nubeyl Fərvani, Təhrir Şuteyvi, İmad Xaca adlarında olan daha 4 Şiə üzvünü həbs edərək bir həftədən çox idi ki, Qəzzə Zolağında inşa etdiyi zindanların birində saxlamışdır.

Həmasın belə bir addımı Müqavimət Hərakatı arasında çoxlu etiraz və səsküylərə səbəb olmuşdur. Digər tərəfdən isə Həmasın Qəzzədə sionist rejiminə qarşı fəaliyyət göstərən Şiə Müqavimət Hərakatına qarşı belə addım atması işğalçı israil rejiminin sevincinə və bu addımın düzgün olduğunu elan etməsinə səbəb olmuşdur.

Qeyri-rəsmi məlumata görə Həmasın Baş Katibi Fələstin Sabirun Şiə Hərəkatının hərbi sahədə fəaliyyət göstərməsinə son qoymaq əzmindədir.

Bildirək ki, Hişam Salim ilk öncə Fələstin İslami Cihad Hərakatının rəhbərlərindən biri idi. O, müəyyən səbəblər üzündən 2014-cü ildə İslami Cihad Hərakatından ayrılaraq sionist rejiminə qarşı mübarizədə Şiə Cəfəri Məzhəbinin formulunu seçərək Fələstin Sabirun Şiə Hərəkatını təsis etmişdir. Buna dözə bilməyən Həmas hər zaman Sabirun Hərakatını Qəzzə Zolağında Şiə məzhəbini yaymaqda ittiham edir. Lakin həmişə olduğu kimi Sabirun Hərakatının rəhbər və başbilənləri daim bu ittihamları təkzib edərək fəaliyyətlərinin sionist israil rejiminə qarşı məhz Əhli Beyt (əleyhim səlam) Məktəbnə uyğun formada apardıqları olduğunu vurğulayıblar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır