Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mərakeş dövlət rəsmiləri bildiriblər ki, Mərakeş artıq Yəməndə Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın hərbi fəaliyyətlərində və nazir səviyyəli toplantılarında iştirak etmir. Eyni zamanda Mərakeş rəhbərliyi Ər-Riyaddakı səfirini də geri çağırıb.
Bu iki xəbər mediada yayımlandıqdan sonra Mərakeşlə Səudiyyə rejiminin əlaqələrində xeyli gərginlik yaşanmaqdadır.
Belə ki, Mərakeşin xarici işlər naziri Nasir Burita Qətərin Əl-Cəzirə(Al-Jazeera) televiziyasında, Mərakeşin Yəməndəki mövcudluğunun dəyişdiyini deməsindən sonra, Al-Arabiyada Mərakeşin Qərbi Səhranı işğal etdiyinə dair bir sənədli film yayımlanmışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır