25 dekabr 2018 - 17:45
Xalid Məşəl əsirlərin geri qaytarılacağını bəyan etdi

Xalid Məşəl vurğulayıb ki, HƏMAS-ın hərbi qanadı olan "İzəddin əl-Qəssam" briqadalarının üzvləri olan əsirlər yaxın zamanlarda təhvil veriləcək.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sabiq sədri Xalid Məşal işğalçı İsrail rejimi ilə əsirlərin mübadiləsinin baş tuta biləcəyini açıqlayıb.

Xalid Məşəl vurğulayıb ki, HƏMAS-ın hərbi qanadı olan "İzəddin əl-Qəssam" briqadalarının üzvləri olan əsirlər yaxın zamanlarda təhvil veriləcək.

Sabiq sədr bildirib ki, bunun qarşılığında da İsrail rejiminin əsgərləri geri qaytarılacaq.

"Əsirlərimiz qayıdacaqsa biz də sözümüzün üstündə durarıq", - deyə Xalid Məşəl qeyd edib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır