Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın Afrin bölgəsindəki Kürd terrorçuları Suriyaya hərbi təcavüz etmiş işğalçı Türkiyə hərbçiləri və “Azad Suriya Ordusu” adlı Ərdoğan rejiminin dəstəklədiyi terror qüvvələrinə hücuma keçiblər.
Kürd terrorçularının yayımladığı məlumata görə, Türkiyə hərbiçiləri və ASO silahlıları Ukeyna, Dökmtaş, Şadiyə, Şahorca və Təll Kastəl təpələrindəki yaşayış məntəqələrində kürdlərə məxsus YPG və SDQ silahlılarının hücumuna məruz qalıblar.
Nəticədə işğalçı Türkiyə ordusu və onun Suriyada dəstək verdiyi ASO terrorçu müttəfiqnə məxsus 3 zirehli texnika darmadağın edilib və 59 nəfərin öldürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır