Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda İŞİD terrorçularının məğlubiyyətə uğradılmasına mühüm rol oynamış "Həşd Şabi" xalq ordusunun hərbi qanadı sayılan "Əsaib Əhləl-Haqq" hərəkatının rəhbəri Qeys əl-Xəzəli paytaxt Bağdadda xristianlarla birgə Milad bayramı mərasiminə qoşulub.
Bağdaddakı "Xilaskar Rəhbər" kilsəsinə gələn Qeys əl-Xəzəlini kilsənin baş keşişi qarşılayıb. Hərəkat lideri keşişə gül buketi hədiyyə edərək kilsədəki Milad bayramı mərasimində iştirak edib.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır