30 oktyabr 2017 - 09:51
İraq ABŞ-dan rəsmən imtina edir – İranın qələbəsi

Nuri əl-Maliki: Vaşinqtonun Haşdi Şabi qruplaşması ilə bağlı bəyanatı Bağdad tərəfindən qəbuledilməzdir:

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ İraqın daxili işlərinə müdaxilə edir.

Bunu jurnalistlərə açıqlamasında İraq prezidentinin köməkçisi Nuri əl-Maliki söyləyib.

Onun sözlərinə görə, xüsusilə, Vaşinqtonun Haşdi Şabi qruplaşması ilə bağlı bəyanatı Bağdad tərəfindən qəbuledilməzdir:

“Bu cəhdlər Bağdadla Vaşinqton arasında əlaqələri zəiflədəcək. Haşdi Şabi İraqın rəsmi təhlükəsizlik qurumlarından biridir və terrorizmlə mücadilədə böyük fədakarlıqlar edib”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır