26 oktyabr 2026 - 14:27
Bu da belə! Ərdoğan Əliyevin tələbi qarşısında sındı

Saral nə qədər "incik deyiləm, dövlət maraqları belə tələb etdi" desə də, mənzərə göz qabağındadır. İlham Əliyevin qoyduğu qəti tələb qarşısında Rəcəb Tayyib Ərdoğan açıq şəkildə geri addım atdı.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın qovulması pərdəarxası diplomatik oyunların deyil, açıq-aşkar təslimiyyətin nəticəsidir. Jurnalist Talat Atillaya danışan Saralın özü də etiraf edir: vəzifədən çıxarılmasının yeganə səbəbi Azərbaycanla bağlı dediyi sözlərdir.

Saral nə qədər "incik deyiləm, dövlət maraqları belə tələb etdi" desə də, mənzərə göz qabağındadır. İlham Əliyevin qoyduğu qəti tələb qarşısında Rəcəb Tayyib Ərdoğan açıq şəkildə geri addım atdı.

Əliyevin bircə etirazı bəs etdi ki, Ərdoğan illərdir yanında saxladığı baş müşavirini bir göz qırpımında qurban versin, dərhal qapının ağzına qoysun.

Bu gedişat Türkiyə rəhbərliyinin Bakının basqısı qarşısında tab gətirə bilmədiyini və Ərdoğanın öz kadrının arxasında durmaq yerinə, Əliyevin iradəsinə tabe olduğunu çılpaqlığı ilə ortaya qoydu.

Ortada heç bir bərabərhüquqlu mövqe yoxdur: Əliyev tələb etdi, Ərdoğan isə geri çəkilərək icra etdi. Bəs Ərdoğanı geri addım atmağa məcbur edən gerçək səbəblər nədir? Şərhdə paylaşdığımız videomuza baxın!

Sizin rəyiniz

You are replying to: .
captcha