Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Gülmirə Aslanova bildirir: Həyat yoldaşım, jurnalist Polad Aslanov 10 gündür qanunsuz #hicab qadağasına etiraz olaraq aclıq aksiyası edir.
Polad Aslanov 15.10.2026-cı il tarixdə saxlanıldığı 15 saylı ciddi rejimli Cəzaçəkmə müəssisəsindən Penitensiar xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Köçürülən gündən "Kars"da tək saxlanılır.
Hətta oxumaq üçün kitablarını da vermirlər. Bu günə qədər ona heç bir həkim nəzarəti olunmayıb, tibbi yardım göstərilmir. Danışanda səsi çox zəif gəlirdi, çox halsızdır, səhhəti ciddi şəkildə pisləşib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman aparatı, sizə günlərdir müraciətlər edirəm və bu gün də müraciət etmişəm ki, Milli Preventiv qurupun tərkibində həkim heyyətiniz Polad Aslanova baş çəksin, onun səhhəti ilə maraqlansın.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət ,Polad Aslanova bu qədər işgəncə verməyin adı nədir?
Sizin rəyiniz