Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: ABŞ-ın nüfuzlu Vanity Fair jurnalında araşdırmaçı jurnalist Metyu Koulun (Matthew Cole) “Princes and Thieves” kitabından yayımlanan hissədə Azərbaycanla bağlı ciddi iddialar irəli sürülüb.
Müəllifin mənbələrinə görə, Niderland kəşfiyyatı Donald Trampın kürəkəni Cared Kuşnerin Dubaydakı bank hesabına Azərbaycandakı bir bankdan yüz milyonlarla dollar köçürüldüyünə dair məlumat əldə edib.
Koul iddia edir ki, həmin hesabdan sonradan müxtəlif şəxslərə, o cümlədən muzdlularla əlaqəli şəxslərə böyük məbləğlər göndərilib.
Jurnalistin yazdığına görə, 2018-ci ilin yazına qədər təxminən 1 milyard dolların Azərbaycan üzərindən İsrailə köçürülməsi barədə də məlumatlar mövcuddur.
Bu iddialar 22 oktyabr 2026-cı ildə ictimaiyyətə təqdim edilən kitab parçasında yer alıb.
Mənbə: Vanity Fair, Matthew Cole — Princes and Thieves.
Sizin rəyiniz