Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- Azərbaycan hakimiyyətinin təhlükəsizlik qüvvələri; Naxçıvan muxtar respublikasının bir çox şəhər və kəndlərində İmam Hüseyn (ə) adına təşkil edilən mərasimlərə qadağa qoyaraq alimləri və şəhər xalqını həbs edir.
Naxçıvan şəhərində Məhərrəm ayı üçün məscidlərdə təşkil edilən matəm məclislərinə gedənlər həbsə atılır. Məscidlərdə din xadimləri, polis və Kəşfiyyat məmurları tərəfindən təhdid edilir və yas mərasimlərinə qatılan xalq da polis tərəfindən təzyiqə məruz qalırlar, hətta polis işçiləri yas mərasimlərindən sonra evlərinə gedən insanları həbs edirlər.
Bu hadisələr Naxçıvanın; Təzə Kənd, Nehrəm, Culfa şəhərlərindəki məscidlərdə baş verir. Yerli qaynaqlar da bu cür hadisələrin baş verdiyini təsdiqləyirlər.
Qeyd edək ki Lənkəran rayonunda da bele hallar baş verir. 24 Sentyabrda Tehməz Bayramov adlı şəxs Ya Hüseyn yazılan köynək geydiyi üçün həbs olunmuşdur. Polislər, ondan Ya Hüseyn yazılı köynəyini çıxartmasını istəmişdir Tehmez Bayramov isə köynəyini çıxarmağı qəbul etməmiş bu səbəbdən Lənkəran rayon Liman Şəhəri Polis İdarəsi işçiləri tərəfindən həbs olunmuşdur.
Bayramovun yaxınları bildiriblər ki, onu hələ də azad etməyiblər.
Lənkəranda yas mərasimləri qadağaları davam edir. Mərasimlərə qatılan insanlar tutulub həbsə atılırlar.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!