Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- İraqın Baş naziri Heydər Əl İbadi, Fransanın "France 24" televiziyasına verdiyi müsahibədə, İŞİD-in İraqda hərbi baxımdan belinin qırıldığını bildirib.
Mosulun qərbinin İŞİD-dən qurtarma əməliyyatının yaxın bir zamanda başladılacağını ifadə edən İbadi, Terror Təşkilatı lideri Əl Bağdadinin də yerinin təsbit edildiyini və onun hava hücumları nəticəsində bir çox məsləhətçisinin öldürülməsindən sonra tək qaldığını açıqladı. Ancaq İbadi bu mövzuda ətraflı məlumat verməyib.
İraq Baş naziri, ABŞ prezidenti Donald Trumpun 7 Müsəlman ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan etməsini tənqid edərək, "Heç bir ölkə digər millətləri kiçildmə haqqına sahib deyil" deyə bildirib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!