31 yanvar 2017 - 13:52
Parisdə parlamentə polis basqını

Fransada prezidentliyə namizəd Fransua Fillonun xanımı Penelopeyə işləmədiyi halda deputat maaşı ödənilirmiş.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa polisi prezidentliyə namizəd Fransua Fillonun xanımı Penelopeyə işləmədiyi halda deputat maaşı ödənməsinin ortaya çıxmasından sonra başlanan istintaq çərçivəsində Fransa parlamentinə basqın təşkil edib.

"Reuters"ə məlumat verən şahidlərin sözlərinə görə, polis basqını Fillonun otağına deyil, parlamentdəki inzibati otaqlara qarşı olub.

"Le Canard Enchaine" tərəfindən yayılan xəbərə görə, prezidentliyə namizəd Fillonun xanımı Penelopenin işləmədiyi halda deputat müşaviri kimi maaş alması təmin edilmişdi.

Fillon isə bunun sayəsində 500 min avro qazanc təmin edən həyat yoldaşının işlədiyini və bir qarayaxma kampaniyasının qurbanı olduğunu iddia etmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər