Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İnqilab Gözətçiləri Komandiri general Məhəmməd Əli Cəfəri, İraqdakı Haşd-i Şabi ordusunun Suriyaya göndəriləbiləcəyini və İranın dəstəyinə ehtiyacı olmadığını söylədi.
Paytaxt Tehranda təşkil edilən Malik Əştər Festivalı əsnasında jurnalistlərə danışan Cəfəri, bölgədəki inkişaflarla əlaqədar, Mosulu IŞİD'dən azad etdikdən sonra İraqdakı Haşd-i Şabi'nin Suriyaya göndəriləbiləcəyini söylədi.
'Mosulda ƏSGƏRİMİZ yoxdur'
"İslam dünyasının bu gün bir-birinin yardım və dəstəyinə ehtiyacı var. Haşd-i Sabi gücləri də bu çərçivədə Suriyaya göndərilə bilər". İranın Mosul əməliyyatına qoşulmasının şayə olduğunu deyən Cəfəri "İraqlı mücahidlər və Haşd-i Sabi o qədər güclüdür ki İranlı güclərə ehtiyacları yox" ifadələrini istifadə etdi.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!