Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Həzrət Fatimeyi-Zəhranın (s) şəhadətinin ildönümü münasibətilə Həzrəti İmam Rzanın (əleyhi səlam) müqəddəs hərəminnin zəvvarları matəm qrupları təşkil edərək əzadarlıq mərasimi keçirirlər. Bu arada, Nəcəf Əşrəfdən Məşhəd şəhərinə təşrif buyurmuş Həzrəti Mövləl-müvəhhidin, Əmirəl-möminin, İmam Əlinin (əleyhi səlam) müqəddəs hərəminin əzadarlıq heyət qrupu da digər Əhli-Beyt (əleyhimus-səlam) aşiqləri ilə birlikdə İki Dünyanın Xanımına olan sədaqətini nümayiş etdiriblər.
Sizin rəyiniz