21 aprel 2015 - 12:58
İŞİD İraqda minlərlə qadını qaçırıb

Bu barədə İraq parlamentinin qadın, ailə və uşaq komissiyasının başçısı Rihab əl-Ubude bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İŞİD terror təşkilatı ötən ilin iyun ayından İraqda 3 min qadını qaçırıb

Bu barədə İraq parlamentinin qadın, ailə və uşaq komissiyasının başçısı Rihab əl-Ubude bildirib.

“Əldə etdiyimiz məlumatlara görə, İŞİD keçən ilin iyun ayından İraqda 3 min qadını qaçırıb. Bu qadınların əksəriyyəti Mosul ilə ölkənin şərq və qərbində geniş bölgələrin İŞİD tərəfindən ələ keçirilməsindən sonra qaçırılıb”, - komissiya sədri deyib.

O, sərbəst qalan qadınların sayı barədə dəqiq məlumatların olmadığını qeyd edib. Ubude bu müddətdə yüzlərlə uşağın da qaçırıldığını vurğulayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər