10 aprel 2015 - 09:19
Yəmən ruhanilərindən cihada bərabər səfərbərlik çağırışı

«Ərəbistanın Yəmənə təcavüzü bu ölkənin bütün xalqını, o cümlədən bütün kütlə, partiya, qrupu hədəfə alıb. Buna görə, xalq Yəmənə qarşı təcavüzlər və İŞİD-lə mübarizə aparmaq üçün səfərbərliyi davam etdirməlidir».

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, «Ərəbistanın Yəmənə təcavüzü bu ölkənin bütün xalqını, o cümlədən bütün kütlə, partiya, qrupu hədəfə alıb. Buna görə, xalq Yəmənə qarşı təcavüzlər və İŞİD-lə mübarizə aparmaq üçün səfərbərliyi davam etdirməlidir».

Yəmən din alimləri paytaxt Səna şəhərində "Təcavüzlərə Qarşı Cəmiyyətin Məsuliyyəti" seminarında belə deyib. Onlar xalqdan birlik və həmrəyliyi gücləndirməklə səudiyyəlilərin Yəmənə hücumları ilə mübarizəyə çağırıblar.

                    

Qeyd edək ki, Yəmənin hüquqi qurumları öz növbəsində Ərəbistanın başçılıq etdiyi Ərəb Koalisiyasının Yəmənə qarşı təcavüzləri və yol verdikləri cinayətlər barədə beynəlxalq Haaqa məhkəməsinə şikayət ediblər.

Yəmən inqilabının hüquq məsələləri üzrə heyətinin rəisi Əbdürrəb Mürtəza deyib ki, Haaqa məhkəməsi şikayəti BMT Təhlükəsizlik Şurasına göndərməlidir: «Əgər, BMT TŞ bizim şikayətimizi təmin etməzsə, bir gün günahsız insanların axıdılan qanı BMT-nin ədalətsiz strukturunu dəyişmiş olacaq».

Xatırladaq ki, 26 marta keçən gecə Səudiyyə Ərəbistanı və Fars Körfəzinin ölkələri Yəməndə hərbi hava əməliyyatlara başlayıb. Buna səbəb kimi Əbd Rəbb Mənsur Hadinin Yəməndə «qanuni hakimiyyəti husilərdən qorumağa» çağırışı olmuşdu.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər