Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD terror qruplaşması Şimali İraqda girov saxladığı yezidi kürdləri azad edib
Aralarında çoxlu sayda uşaq və qadının olduğu 200 nəfərlik yezidi ilə bərabər 2 xristian da terrorçular tərəfindən sərbəst buraxılıb.
İraq rəsmiləri bu barədə verdikləri açıqlamada azad olunan yezidilərin səhhətində ciddi problemlər olduğunu və girovluqda olan zaman zorakılığa məruz qaldıqlarını deyib.
40-a qədər uşağın da yezidilərin müalicə edilmələri üçün Ərbilə göndərildiyi bilrilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır