Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın şərqində hökm sürən qarlı-şaxtalı hava artıq 23 nəfərin ölümünə səbəb olub
"Report"un TASS agentliyinə istinadla verdiyi xəbərə görə, ölüm faktlarının əksəriyyəri (18) Tennesi ştatının payına düşüb.
ABŞ-ın ən soyuq yeri ötən gün Minessota ştatının Embaras şəhəri olub. Burada temperatur göstəricisi mənfi 40-a qədər enib.
Meteoroloqlar soyuq hava şəraitinin ən azı 2-3 gün davam edəcəyini proqnozlaşdırır.
Hazırda isə soyuq hava kütləsi ABŞ-ın daha 27 ştatına yayılaraq ümumilikdə 115 milyon insanən gündəlik həyatına təsir edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır