10 sentyabr 2026 - 22:31
London SOS verir: İranın raket və dron gücü Britaniyanı iflic edə bilər?

Britaniya İcmalar Palatasının Müdafiə Komitəsinin rəhbəri Tan Dessi daha əvvəl Britaniyanın bölgəyə hətta bir hərbi gəmini belə vaxtında göndərə bilməməsini “utancverici” adlandırmışdı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Britaniya parlamenti ölkənin Fars körfəzindəki hərbi hazırlığını təcili araşdırmağa başlayıb. Araşdırmanın mərkəzində isə narahatedici sual dayanır: London İranın raket və pilotsuz uçuş aparatları ilə kütləvi hücum ssenarisinə həqiqətən hazırdırmı?

Britaniya İcmalar Palatasının Müdafiə Komitəsi son müharibənin ölkənin hərbi imkanları və sürətli reaksiya qabiliyyəti barədə ortaya çıxardığı problemləri araşdıracaq.

Komitə xüsusilə Britaniyanın eyni vaxtda həm regiondakı maraqlarını qoruyub, həm də Avroatlantik öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər hərbi qüvvəyə malik olub-olmadığını araşdırır.

Komitənin rəhbəri Tan Dessi daha əvvəl Britaniyanın bölgəyə hətta bir hərbi gəmini belə vaxtında göndərə bilməməsini “utancverici” adlandırmışdı.

O, İran tərəfindən buraxılan raket və dronların sayına diqqət çəkərək Britaniyada vahid hava və raketdən müdafiə sisteminin olmaması məsələsini də gündəmə gətirmişdi.

İndi isə həmin narahatlıqlar parlament səviyyəsində genişmiqyaslı rəsmi araşdırmaya çevrilib.

Komitə ekspert və təşkilatlardan sənədlərin təqdim olunması üçün 13 noyabra qədər vaxt müəyyən edib.

Sizin rəyiniz

You are replying to: .
captcha