Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb. Əlcəzair Xarici İşlər Nazirliyi qərarın BƏƏ-nin “təxribatçı və düşmənçilik xarakterli davranışlarının” artması fonunda qəbul edildiyini bildirib.
Əlcəzair BƏƏ-nin ölkədəki səfirinə 48 saat ərzində qərarın icrası üçün vaxt verib.
Əlcəzair televiziyası bildirib ki, ölkə münasibətləri qorumaq üçün bütün vasitələrdən istifadə edib, lakin nəticə əldə olunmayıb.
Qərar iki ölkə arasında həftələrdir davam edən gərginliyin kulminasiya nöqtəsi olub.
Əlcəzair Prezidenti Əbdülməcid Təbbunun daha əvvəl ad çəkmədən “kiçik ərəb ölkəsi”ni sərt şəkildə tənqid etməsi də bu gərginliyin fonunda diqqət çəkmişdi.
Təbbun həmin ölkənin müdaxilə etdiyi bütün yerlərdə “qan töküldüyünü” demişdi.
İndi isə diplomatik əlaqələrin rəsmi şəkildə kəsilməsi Əlcəzair-BƏƏ münasibətlərində yeni və son dərəcə gərgin mərhələnin başladığını göstərir.
Sizin rəyiniz