19 fevral 2015 - 03:22
 İran Islam Respublikasniın Ali dini lideri Ayətullah Xameneyi Avropa ölkələrini təhdid edib

dini lider İran Islam Respublikasina qarşı qəbul oluna biləcək yeni sanksiyalara cavab olaraq Avropaya ixrac edilən qazı silah kimi istifadə edəcəklərini söyləyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran Islam Respublikasniın Ali dini lideri Ayətullah Xameneyi Avropa ölkələrini təhdid edib

dini lider İran Islam Respublikasina qarşı qəbul oluna biləcək yeni sanksiyalara cavab olaraq Avropaya ixrac edilən qazı silah kimi istifadə edəcəklərini söyləyib.

“İran lazım gələrsə, dünya və Avropanın ehtiyacı olan təbii qaz ilə onlara sanksiya tətbiq edə bilər. Əgər sanksiya silahı İran xalqına qarşı istifadə olunarsa, İran xalqı da onlara qarşı sanksiyalar tətbiq edəcək. Dünyanın ən çox neft və təbii qaz ehtiyatına sahib İran cavab sanksiyaları tətbiq etməyə hazırdır”, - Ayətullah Xameneyi bildirib.

İranın Ali dini lideri Ayətullah Xameneyi bölgədəki İŞİD təhlükəsinə də diqqət çəkərək ABŞ-ın terror təşkilatını dəstəklədiyinə dair əllərində sübutların olduğunu qeyd edib: “İŞİD-ə qarşı aldadıcı koalisiya yaradılanda amerikalılar Xarici İşlər Nazirliyimizə məktub yazaraq terror təşkilatını dəstəkləmədiklərini söylədilər. Ancaq bir neçə gün sonra ABŞ-ın İŞİD-ə silah yardımını göstərən fotoşəkillər ortaya çıxdı”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər