13 fevral 2015 - 11:19
Ruhullah Axundzadənin səhhəti pisləşib

Ruhullah Axundzadənin səhhəti pisləşibİslamçı məhbus Ruhulla Axundzadənin səhhətində yaranan problemlər günü-gündən artır

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon komitəsinin sədri, islamçı məhbus Ruhullah Axundzadənin səhhəti pisləşib.

"O, böyrək ağrıları və sinir sisteminin pozulmasından şikayətlənir. Böyrək ağrıları o həddə çatıb ki, hətta gecələr istirahət edə bilmir. Neçə vaxtdır ki, müayinə və müalicə olunmasını itəsə də, köməklik göstərmirlər. Ruhullah Axundzadənin ailəsi olaraq əlaqədar şəxslərə üzümüzü tutub deyirik: “Dininiz, imanınız bilirik ki, yoxdu. Heç olmasa kişiliyiniz olsun”. Kimisini heç bir səbəb olmadan Qobustana, "tubzon"a göndərməklə əziyyət verirsiz, kimisini də elə özünün məhbus həyatı yaşadığı müəssisədə səhhəti pisləşib dözülməz həddə çatsa da, müayinə və müalicədən məhrum edirsiz. Şərləyib zindana saldırmaqla ürəyiniz soyumayıbmı? Bu qədər namərdlik yetər! Əl çəkin bu əməllərinizdən!"- deyə məhbusun ailəsi bildirib. Xatırladaq ki, Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsxana şəraitində düçar olduğu xəstəliklə mübarizə aparır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər