11 fevral 2015 - 13:03
Almaniyada irqçilik fəaliyyətləri artıb

Tags Spiegel qazetinin verdiyi statiskası: “Təkcə 2014-cü ilin son üç ayında irqçilər Almaniyaya pənah gətirmiş mühacirlərin düşərgəsinə 67 dəfə hücum çəkiblər. Bu da 2013-cü il ilə, müqayisədə irqçi hücumaların kəskin şəkildə artdığını göstərir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Almaniyanın məşhur Tags Spiegel qazeti bu günkü tirajında ölkədə irqçi təşkilatların müxtəlif milliyyətlərə və dini mərkəzlərə təşkil etdiyi hücumların dəqiq statiskasını açıqlayıb.

Tags Spiegel qazetinin verdiyi statiskaya görə, Almaniya iqrçi təşkilatlarının bu ölkəyə pənah gətirmiş müxtəlif milliyyətlərin üzvünə və dini mərkəzlərə qarşı 2014-cü ildə təşkil etdiyi zorakılıq aktları ötən illər ilə müqayisədə üç dəfə artıb.

Qazet bu haqda belə yazır: “Təkcə 2014-cü ilin son üç ayında irqçilər Almaniyaya pənah gətirmiş mühacirlərin düşərgəsinə 67 dəfə hücum çəkiblər. Bu da 2013-cü il ilə, müqayisədə irqçi hücumaların kəskin şəkildə artdığını göstərir.”

Tags Spiegel qazeti daha sonra yazıb: “Ümumilikdə 2014-cü ildə 150 irqçi hücumlar və zorakılıq aktları qeydə alınıb. Bu isə 2013 cü il ilə müqayisədə cinayət aktlarının üç dəfə çoxaldığını göstərir.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər