10 fevral 2015 - 04:30
Ukraynada müharibə dəhşəti: 5486 ölü, 12972 yaralı

“Son bir həftə ərzində hərbi əməliyyat zonasında 263 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb”, - deyə hesabatda bildirilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 5 486 nəfər həlak olub, 12 972 nəfər xəsarət alıb.

Bu barədə BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.

“Son bir həftə ərzində hərbi əməliyyat zonasında 263 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb”, - deyə hesabatda bildirilir.

BMT-nin hesablamalarına görə, münaqişə başladığı dövrdən 978 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər