28 yanvar 2015 - 19:02
Obamaya şok təhdid

İŞİD terror qruplaşması yayımladığı son videoda ABŞ prezidenti Barak Obama və Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzanini təhdid edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İŞİD terror qruplaşması yayımladığı son videoda ABŞ prezidenti Barak Obama və Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzanini təhdid edib.

İŞİD Obama və Bərzaniyə “başlarını kəsəcəyik” deyib.

“İslama qarşı gələnlərin sonu belə olar. Amerikaya da gələcəyik. Obama, Ağ Evdə sənin başını da kəsəcəyik. Bu mesajım Fransa və onun bacısı Belçikayadır. Bomba yüklənmiş avtomobillərlə gələrək başlarınızı kəsəcəyik. Ey Məsud Bərzani, vallah başını kəsəcəyəm. Biz şəriətin hökmlərini yerinə yetiririk”, - video müraciətdə deyilir.

Videoda danışan İŞİD üzvünün Muvaffak Yunus adlı bir kürd olduğu müəyyənləşdirilib. Onun iki qardaşı ilə birlikdə Mosulun işğal edildiyi dövrdə İŞİD-ə qatıldığı bildirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər