4 dekabr 2014 - 03:37
Daha bir Avropa ölkəsi Fələstini tanıyacaq

Fransadan sonra Belçika parlamenti də Fələstin dövlətinin tanınması haqqında müzakirələrə başlayır

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Daha bir Avropa ölkəsi Fələstini tanıyacaq

Fransadan sonra Belçika parlamenti də Fələstin dövlətinin tanınması haqqında müzakirələrə başlayır

Belçika baş nazirinin köməkçisi və xarici işlər naziri Didyer Reynerds ölkəsinin Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu barədə qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirə ediləcək.

Xatırladaq ki, İsveç, Polşa, Rumınya, Macarıstan, Çexiya, Bolqarıstan, Slovakiya, Cənubi Kipr Respublikası, Malta və Fransa Fələstin dövlətini tanıyıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər