24 noyabr 2014 - 02:28
"Boko Haram"dan dəhşətli qətliam: 50 ölü

Yerli sakinlərin ifadələrinə əsasən, islamçılar əvvəlcə yolu bağlayıblar, sonra onlarla adamın boğazını kəsib, qalanlarını isə əl-qolunu bağlayaraq gölə atıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çad gölü yaxınlığında həyata keçirilmiş hücum zamanı göl sahilində balıq satışı ilə məşğul olan 50-dək adam ödürülüb.

Yerli sakinlərin ifadələrinə əsasən, islamçılar əvvəlcə yolu bağlayıblar, sonra onlarla adamın boğazını kəsib, qalanlarını isə əl-qolunu bağlayaraq gölə atıblar.

Son bir neçə gün ərzində bu, Borno ştatında sayca ikinci irimiqyaslı hücumdur. Qətliamın 4 yaraqlının güllələnməsinə cavab olaraq "Boko Haramın" qisas aksiyası olduğu ehtimal edilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər