Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın əl-Cəzirə və əl-Badiyə Hərbi Qərərgahlarının Baş Katibi ötən gün keçirtdiyi mətbuat konfransında, İraq Hava Silahlı Qüvvələrinin azğın “İŞİD” terrorçularının əsas mövqelərinə zərbələr eindirdiyi haqda xəbər verib.
General Kazım Ziya əməliyyat haqda açıqlama verərək bildirib: “İraq Hava Silahlı Qüvvələrinin “İŞİD”in əl-Ənbar əyalətindəki hərbi bazalarına havadan endirdiyi zərbələri nəticəsində azı 30 terrorçu həlak olub.”
General Ziya daha sonra əlavə edib: “Əməliyyat zamanı terrorçu qruplaşmaya xeyli sayda canlı itki verməklə yanaşı 2 ədəd Tank, 20 ədəd maşın, 2 ədəd yanacaq daşıyan maşınları da darmadağın edilib.”
Mətbuat konfransında iştirak edən əl-Ənbar əyalətinin Mərkəzi Əməliyyat Qərərgahının Sədri General Rəşid Fəlih də öz növbəsində çıxış edərək, ölkənin şimalında aparılan əməliyyatın uğurla həyata keçirildiyini deyərək, bu əməliyyatlarda da 20 vəhhabinin öldürüldüyünü xəbər verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır