Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İmam Hüseynin (əleyhi səlam) Ərbəin günləri ərəfəsində müxtəlif şəhər və kəndlərdən iraqlılar müqəddəs Kərbəlaya piyada yola düşürlər. Marşrutun uzaqlığına görə bu mənəvi səfərə digərlərindən tez çıxan ilk zəvvarlar arasında Bəsrə vilayətinin Föv şəhərinin əhalisi də var. Ərbəinə təxminən 20 gün qalmış onlar İraqın ən cənub nöqtəsi və Fars körfəzi ilə quru əlaqəsi olan “Ras əl-Bişə”dən “minəl bəhr ilən-nəhr” yəni “dənizdən çaya, şəhidlik yerinə” şüarı ilə 600 kilometrlik piyada yürüşə başlayırlar. Bu arada İraqda bu günlərin dözülməz istiləri nəinki zəvvarların hərəkətinə əngəl törətmir, hətta onların qəlblərində İmam Hüseyn (əleyhi səlam) sevgisinin alovunu artırır; və bütün dünyada mənəvi şövq dalğasını nümayiş etdirir.

24 iyul 2025 - 09:23
FOTO: SEYYİD MEHDİ ƏLƏVİ

Sizin rəyiniz

You are replying to: .
captcha