22 iyul 2025 - 23:31
Amerikalı jurnalist: İsrailə hücum ABŞ-ın İrana qarşı onilliklər ərzində apardığı təbliğatı zərərsizləşdirdi  

Müstəqil Amerika jurnalisti “Cennifer Kings” deyir: İranın ABŞ və İsrailin cinayətkar imperiyasına qarşı durması bu ölkəni çoxlarının gözündə müsbət mövqeyə qoyub. Bu, ABŞ-da İran və İran xalqı haqqında uzun illər və onilliklər boyu aparılan mənfi təbliğat və beyin yuyulmasını zərərsizləşdirdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ötən gün dünyanın müxtəlif ölkələrindən olan bir sıra jurnalistlər, “Sübh Media Mərkəzi”nin ev sahibliyi ilə, İranın media şəhidlərinin xatirəsini yad etmək və 12 günlük müharibə zamanı sionist rejimin hücumuna məruz qalan yerləri ziyarət etmək və “Mediaya qarşı terroru lənətləmək” adlı tədbirdə iştirak etmək üçün Tehrana gəliblər.

İRNA-nın müxbiri Tehrana səfər etmiş müstəqil amerikalı jurnalist “Cennifer Kings”lə eksklüziv müsahibə alıb.

-Lütfən özünüzü təqdim edin.

Mən ABŞ-dan gəlmişəm. Müstəqil jurnalistəm, adım Cennifer Kingsdir.

-İsrailin İrana hücumundan nə vaxt xəbər tutdunuz?

Son 22 ay ərzində İsrail fələstinlilərə qarşı geniş diskriminasiya kampaniyasına başladığı üçün mən sosial medianı demək olar ki, daim izləyirəm. Beləliklə, hücum xəbərini ilk gün baş verən kimi gördüm. Bütün dünya şok və ikrah içində idi.

-Sizcə, İsrailin bu hücumda məqsədi nə idi və məqsədlərinə nail oldumu?

Düşünürəm ki, İsrailin yəqin ki, bir neçə məqsədi var idi. Onun ən mühüm məqsədlərindən biri şübhəsiz ki, hazırda Fələstində həyata keçirtdiyi işğal və qırğınları davam etdirməkdir. Bu soyqırımı davam etdirməyin bir yolu, Livanda, Yəməndə və indi də İranda olduğu kimi, təcavüz və zorakılığı regionun digər bölgələrinə də yaymaqdır.Bu yanaşma dünyanın diqqətini hazırda Fələstində baş verən “xolokost”dan yayındırır.

İkinci məqam ondan ibarətdir ki, onlar İrandan, onun imkanlarından və özünü müstəqil şəkildə təmin etməsindən təhlükə hiss edirlər. Fikrimcə, İsrail və ABŞ illüziyaya qapınıblar və istənilən müqaviməti əzmək istəyirlər; bu da onların əsas məqsədlərindən biridir.

Amerikalı jurnalist: İsrailə hücum ABŞ-ın İrana qarşı onilliklər ərzində apardığı təbliğatı zərərsizləşdirdi  

-İsrail İrana hücum edəndə İsrailə bu qədər böyük həcmdə raket atılacağını gözləyirdinizmi?

Doğrusu nə gözlədiyimi dəqiq deyə bilmirəm, amma deyə bilərəm ki, hamımız müsbət mənada təəccübləndik. Nəhayət, kimsə İsrailə qarşı çıxdı.

İllərdir gördüyümüz budur ki, İsrail və sionist varlıq həmişə müdafiəsiz insanları, qadınları, uşaqları, əlilləri, qocaları, ac Qəzza əhalisini hədəfə alıb və bütün bunları cəzasızlıqla edə biliblər.

Amma, Təl-Əviv kimi bir şəhərin hücuma məruz qaldığını və bu qədər böyük ziyan gördüyünü görmək həqiqətən heyrətləndirici idi.

Düşünürəm ki, bütün dünya həm şokda idi, həm də sevindi; Bir çox insanlar üçün bu, rahatlıq anı idi, çünki nəhayət kimsə bu cinayətkar imperiyaya qarşı durdu.

-Xəbərləri harada izlədiniz və əsas medianı sosial media ilə müqayisə etsəniz, bunu necə edərdiniz?

ABŞ-da rəsmi medialar gülməlidir. Əgər kimsə bu medialara baxmaq üçün ekranı yandırsanız, bu, sadəcə məzmununun absurdluğuna və mənasızlığına gülmək üçündür.

Amerikada real xəbərləri əldə etməyin yeganə yolu sosial media və beynəlxalq şəbəkələrdir. Çünki bütün Qərb media kanalları sadəcə olaraq dövlətin təbliğat maşınıdır.

-Bu gün Fələstin xalqına qlobal dəstək çox geniş vüsət alıb. İranın İsrailə hücumunu nəzərə alsaq, İranın qlobal ictimai rəy qarşısında mövqeyi necə ölçülür?

Deyərdim ki, ən azından ABŞ-da Fələstinə dəstək üçün formalaşan anti-soyqırım kampaniyaları fonunda İranın ABŞ və İsrailin cinayətkar imperiyasına qarşı durması ölkənizi çoxlarının gözündə müsbət işıqlandırıb.

Bu, ABŞ-da İran və İran xalqı haqqında uzun illər və onilliklər boyu aparılan mənfi təbliğat və beyin yuyulmasını zərərsizləşdirdi.

Məncə, bu, çox müsbət oldu və İranın tarixin doğru tərəfində dayandığını göstərdi; Fələstinin kənarında yer tutaraq, İsrail və ABŞ adlı bu cinayətkar və soyqırım quruluşuna qarşı çıxdı.

-İsrailin Qəzza, Livan və digər bölgələrdə keçirdiyi əməliyyatlar zamanı çoxlu sayda jurnalist öldürülüb. İranda da 10-dan çox jurnalist İsrail tərəfindən öldürülüb. Sizcə, İsrail niyə jurnalistləri hədəfə alır və medianı məhdudlaşdırır?

Düşünürəm ki, bunun səbəbi kifayət qədər aydındır, həqiqətin dünya insanlarına çatmasını istəmirlər. Onlar indiyədək təkcə Qəzzada 200-dən çox jurnalisti öldürüblər, çünki onlar törətdikləri cinayətlərini dünya xalqları tərəfindən görməsini istəmirlər.

Sizin rəyiniz

You are replying to: .
captcha