Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsrail və ABŞ-ın birgə İrana qarşı 12 günlük müharibə zamanı Azərbaycan Respublikası rejiminin fəaliyyəti bu hadisənin araşdırılmasında əsas başlıqlardan biri hesab olunur. Növbəti müsahibədə baş politoloq, Trend İnstitutunun direktoru, doktor Ramin Fərhudi Zərənq bu məsələ ilə bağlı öz təhlilini təqdim edib. Ümid edirik ki, maraqlananlar bunu faydalı və məqbul hesab edəcəklər.
- Sionist rejimin Azərbaycan Respublikası ilə rəsmi və siyasi əlaqələri hansı dövürdə başlayıb?
1991-ci ildə Cənubi Qafqazın üç respublikası müstəqilliklərini bərpa etdikdən sonra bu ölkələrin liderləri Rusiya və İrandan başqa qüdrətlərlə münasibətlərə və müttəfiqliklərə daha yaxından baxmağa başladılar. 1918-1920-ci illər arasında bu respublikaların müstəqilliklərinin ilkin dövründə ingilislər azərbaycanlılara, fransızlar ermənilərə, almanlar gürcülərə qucaq açmışdılar. Lakin Sovet İttifaqının dağılmasından sonra bu regional münasibətlərin forması dəyişdi. Azərbaycan Respublikasının prezidentləri arasında Ayaz Mütəllibovun rusiyapərəstliyi və Əbülfəzl Elçibəyin türkpərəstliyi ilə bağlı fikir ayrılıqları yarandı ki, bu da Birinci Qarabağ Müharibəsi ilə eyni vaxtda bu iki şəxs arasında hakimiyyət dəyişikliyinə səbəb oldu.
Elçibəyin prezident olduğu dövrdə İran İslam Respublikasına qarşı nifrət kəskin şəkildə artdı ki, bu da İranın Azərbaycan Respublikasından və Qafqaz regionundan uzaqlaşmasına səbəb oldu. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Qarabağ müharibəsi böhranından çıxmaq üçün İrana üz tutmaq istəyi qısa müddət ərzində artdı, amma bu, uzun sürmədi.
Birinci Qarabağ müharibəsində ermənilərə hərtərəfli dəstək verən Rusiyanın tələsindən qurtulmaq, həmçinin cənub qonşusu İranın ölkəsinə sızmaqda olan İslam İnqilabının təsirinin qarşısını almaq üçün Heydər Əliyev neft müqavilələri imzalamaqla amerikalıların Qafqaza daxil olmasına yol açdı. Lakin bu yol sionist rejimə doğru dönüşlə davam etdi və indi bu rejim regional məsələlərdə nüfuzlu oyunçuya çevrilib.
Sionist rejim 1992-ci ildə Azərbaycan Respublikasını tanıyıb və 1993-cü ildə Bakıda səfirliyini açıb. Nəinki sionist rejim Azərbaycanla əlaqələr qurmaq həvəsində idi, hətta Azərbaycan hökuməti də bu münasibəti qurmaq istəyirdi, çünki iyirminci əsrin 1990-cı illərinin əvvəllərində Azərbaycan hərbi və iqtisadi cəhətdən çox zəif idi.
Hər iki tərəf bir-biri ilə əlaqələr qurmaqla ehtiyaclarının bölgə daxilində qarşılana bilməyən hissələrini qarşılaya bildi. Belə ki, Təl-Əvivlə Bakı arasında münasibətlər əvvəldən bir-biri ilə əməkdaşlıq zərurəti əsasında formalaşıb. Ona görə də tərəflər arasında əməkdaşlıq öz milli maraqları çərçivəsində və “periferik plan”a uyğun olaraq araşdırılmalıdır.
- Azərbaycan Respublikası ilə sionist rejim arasında ikitərəfli əməkdaşlıq ilk öncə necə əsaslandırıldı?
İlk addımda bu dönüşün səbəbi Bakı rəhbərlərinin beynəlxalq aləmdə yəhudi lobbisinin gücündən istifadə edərək ermənilərə və onların Avropadakı güclü lobbisinə qarşı təzyiq göstərmək cəhdi idi ki, İkinci Qarabağ müharibəsində bu siyasət öz bacarığını göstərdi. Digər tərəfdən, sionist rejim regional oyunçudur və uzunmüddətli strategiyasını yeni Qərbi Asiya regionunda, o cümlədən Türkiyə, Pakistan, Fars körfəzinin ərəb ölkələri, Mərkəzi Asiya və Qafqazda iqtisadi və siyasi təsir üzərində qurmuşdur.
Sionist rejimin Mərkəzi Asiya və Qafqaz regionunda rəqabət meydanında və arenada nüfuz əldə etmək cəhdinə səbəb olan məqsəd və motivlər bunlardır:
1. Sionist rejimin Qərbi Asiyadakı müxaliflərinin nüvə silahı və texnologiyasına çıxış əldə etməsindən qorxusu, belə ki, “Mossad” və “MKİ” region hökumətlərində nüvə enerjisi üzrə mütəxəssislərin hərəkətlərini diqqətlə izləyir.
2. Yəhudilərin bölgədəki taleyi: Sionist rejimin region ölkələri ilə əlaqələr qurmaq motivasiyalarından biri fövqəladə hallarda yəhudilərin bölgədən çıxarılması üçün bu ölkələrdə lazımi şəbəkələrin yaradılmasıdır.
3. İqtisadi əlaqələrin inkişaf etdirilməsi: Xüsusilə kənd təsərrüfatı, suvarma, idarəçilik, su və pambıqçılıq sahələrində region ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi sionist rejimin bölgədəki fəaliyyətlərinin önündə durur. Sionist rejim iqtisadi və ticarət əlaqələri vasitəsilə siyasi və diplomatik əlaqələrini inkişaf etdirməyə və bölgədəki strateji dərinliyini tədricən artırmağa çalışır.
4. Beynəlxalq forumlarda region respublikalarının əməkdaşlığını cəlb etməyə çalışmaq: Bu kontekstdə sionist rejimə qarşı təzyiqləri azaltmaq və onun beynəlxalq legitimlik böhranını həll etmək üçün beynəlxalq təşkilatlarda region ölkələrinin dəstəyini almaq, regionda anti-İsrail cəbhəsinin formalaşmasının qarşısının alınması, İslam ölkələri ilə təmas səviyyəsinin genişləndirilməsi, ərəblər və sionist rejim arasında münaqişə və Qərbi Asiya sülh prosesi ilə bağlı region ölkələrinin vahid diplomatik mövqelərinin təmin edilməsi İsrailin marağındadır.
5. Region ölkələri ilə əlaqələri gücləndirərək, körpübaşı rolunu oynamaqla ABŞ ilə əlaqələrin daha da gücləndirilməsi: Bəzi ekspertlər hesab edirdilər ki, Amerikanın Soyuq Müharibədəki rəqibini ortadan qaldırdıqdan sonra ABŞ-İsrail münasibətləri hərbi və siyasi baxımdan sual altına düşəcək. Lakin indiki şəraitdə nəinki bu nəinki pozulmayıb, hətta sionist rejimin Böyük Qərbi Asiya kontekstində region respublikaları ilə münasibətlərinin formalaşması ilə strateji müttəfiq kimi İsrailin ABŞ üçün əhəmiyyəti daha da güclənib.
6. Bölgə iqtisadiyyatının nəbzinə nəzarəti ələ keçirtmək üçün, Rusiyanın qolunu kəsmək və bölgə iqtisadiyyatına təsir etmək, iranlı iş adamlarının yerini yəhudi iş adamları ilə əvəz etmək, İranın iqtisadi fəaliyyətlərini məhdudlaşdırmaq və bu ölkənin şimal sərhədlərində mövcudluğunu təsbit etmək.
7. Qlobal və regional forumlarda regiondakı müsəlman ölkələrinin sionist rejimə qarşı islami qruplaşmaya qoşulmasının qarşısını almaq, regionun müsəlman ölkələri ilə siyasi əlaqələr qurmaqla qlobal və regional legitimliyini artırmaq.
- Sionist rejimlə Azərbaycan Respublikası arasında əlaqələr qurulduqdan sonra yəhudilərin bu Respublikada mövcudluğu hansı formada olub?
Yəhudi icmasının Azərbaycan Respublikasında olması da sionist rejimin bu ölkədə mövcudluğuna diqqət yetirməsinin səbəblərindən biridir. Sionist rejimlə əlaqələr qurduqdan sonra Azərbaycan Respublikasındakı yəhudi icması təqribən 80 nəfərdən 3500 nəfərə qədər artıb və Azərbaycan hökuməti də ölkədəki yəhudi yerlərinin abadlaşdırılmasında müxtəlif dəstəklər verib və onların mərasimlərinin keçirilməsinə yardım edib.
Azərbaycanın yəhudilərlə bağlı tarixi ilişikliyi də sionit rejimin bu ölkədə mövcudluğunun səbəbini daha da artırıb. 1982-ci ildə keçmiş Sovet İttifaqı yəhudilərinin Qırmızı Ordu tərəfindən sıxışdırılmasından sonra Bakıda ilk ivrit dili məktəbi və yəhudi sinaqoqu açılıb.
Azərbaycan Respublikasında əsas yəhudi qrupları dağ yəhudiləri, aşkenazi yəhudiləri və gürcü yəhudiləridir.
Azərbaycan Respublikasında həmçinin kiçik krımçak icmaları, kürd yəhudiləri, buxara yəhudiləri və İbrani köklü olmayan Subbotnik və Ger yəhudiləri yaşayır.
Azərbaycanda yəhudilərin ən çox olduğu 1970-ci ildə ölkədə 41288 yəhudi yaşayırdı. Onlardan 30.000-i 1971-1978-ci illər arasında İsrailə mühacirət edib, Təl-Əviv və Hayfada məskunlaşıb.
Azərbaycan yəhudilərinin diasporuna gəlincə, qeyd etmək lazımdır ki, hazırda İsrailin bir çox şəhərlərində 70 minə yaxın azərbaycanlı yəhudi yaşayır.
Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası (İsrailin Kiryat Bialik şəhərində) 2007-ci ildə Knessetin üzvü Yosef Şaqalın rəhbərliyi ilə Təl-Əvivdə yaradılıb.
Maraqlıdır ki, 2017-ci ildə AKO İsraildə “Azərbaycan Dağ Yəhudiləri İcması” və “Azərbaycan Evi”nin rəhbəri, Ümumİsrail Dağ Yəhudiləri İcmasının birinci vitse-prezidenti və STMEGI beynəlxalq təşkilatının İsraildəki fəal nümayəndəsi Neçamya Şirin Mihaeli bu assosiasiyanın fəaliyyətinə cavab olaraq demişdi: “Bu təşkilat İsraildə rəsmi qeydiyyatdan keçməsə də, Azərbaycan Respublikasında gizli fəaliyyət göstərir.”
HƏMAS-ın İsrailin işğal etdiyi Fələstin ərazilərində həyata keçirdiyi “Əl-Əqsa Fırtınası” əməliyyatı zamanı qeyri-rəsmi xəbərlərə görə, Azərbaycan əsilli 13 yəhudi silahlı qüvvələrinin də öldürüldüyü bildirilir ki, bu da azəri yəhudilərinin İsrail ordusunda nüfuzunun səviyyəsindən xəbər verir.
Bu barədə hər iki tərəfin hərəkət tərzi sionistlərin İsrail bəhailərinə dəstəyinə bənzəyir və çox güman ki, Azərbaycan Respublikasında İsrailin hədsiz təsiri ilə və sionizmin anti-şiə siyasətləri səbəbindən bu ölkədə bəhailiyin təbliği daha da güclənəcək.
- Sionist rejimin Azərbaycan Respublikasında mədəni, ictimai və siyasi təsiri hansı əsaslarla və hansı vasitələrlə qurulmuşdur?
Azərbaycanda fəaliyyət göstərən yəhudi birlikləri və qurumları aşağıdakılardır:
1- Azərbaycan-İsrail Dostluq Assosiasiyası
2- Soxnut Yəhudi Agentliyi
3- Joynt və Vaad-L-Xatzola kimi böyük yəhudi xeyriyyə qurumları
4- Azərbaycan Yəhudi Qadınları Humanitar Dərnəyi
4- Yəhudi dini məktəbləri (iyeşiva)
5- Azərbaycan-İsrail Mədəni Əlaqələr Dərnəyi
6- “Xava” adlı qadın icması və digər yəhudi qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.
7- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində verilən məlumata görə, Azərbaycan Respublikasında yeddi sinaqoq və səkkiz yəhudi dini icması fəaliyyət göstərir.
Azərbaycan hökumətinin sionist rejimdə AZAL (Azərbaycan Milli Hava Yolları) adlı qeyri-rəsmi nümayəndəsi var.
Bundan əlavə, “Lider” telekanalının ofisi qeyri-rəsmi olaraq Azərbaycan hökumətini sionist rejimdə təmsil edir.
Bu, ilk dəfə idi ki, Azərbaycan televiziya kanalı işğal olunmuş Fələstin ərazilərinə oradan və digər Qərbi Asiya ölkələrindən Azərbaycan tamaşaçıları üçün reportaj hazırlamaq üçün daimi müxbir göndərir.
2007-ci il avqustun 27-də Azərbaycan xalqının və hökumətinin maraqlarını təmsil etmək üçün sionist rejimdə Azərbaycan nümayəndəliyi yaradılıb.
Sionist rejimdə Azərbaycanın diplomatik nümayəndəliyi olmadığına görə ofis bir çox diaspor təşkilatları, mədəniyyət və media mərkəzləri ilə məşğul olur.
Həmçinin 31 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Turizm Təşkilatının rəhbəri Fuad Ağayev Tel-Əvivdə ölkənin rəsmi turizm nümayəndəliyinin açıldığını elan edərək, bu işin məqsədinin iki tərəf arasında turizmi genişləndirmək olduğunu bildirib.
- Sionist rejim ilə Azərbaycan Respublikası arasında hərbi və təhlükəsizlik əlaqələri hansı səviyyədədir?
Sionist rejim ilə Azərbaycan Respublikası arasında əlaqələr hərbi mərhələdə o dərəcədə genişlənib ki, Azərbaycan hakimiyyəti İran rəsmilərinin bu rejimə çox yaxınlaşmamaq barədə xəbərdarlıqlarına məhəl qoymayıb və onunla hərbi silahlar, o cümlədən müxtəlif növ pilotsuz təyyarələr, yaxın və orta mənzilli raketlər almaq üçün ağır müqavilələr imzalayıb. Təbii ki, Azərbaycan Respublikasının İkinci Qarabağ müharibəsində hərbi üstünlüyü də bununla bağlı idi.
Sionist ordusu Azərbaycan Respublikasına aviasiya, artilleriya, tank və piyada əleyhinə silahların əsas tədarükçüsüdür.
Haaretz xəbər agentliyinin məlumatına görə, İsrail Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası hökuməti arasında yüz milyonlarla dollar dəyərində silah müqaviləsi imzalanıb. Bu razılaşmadan sonra bir sıra sionist şirkətlər bu sövdələşmədə iştirak etdilər.
“Soltam” şirkəti Azərbaycana minaatan, döyüş sursatı və hərbi sənaye, raket artilleriyası, “Tadrian Communications” şirkəti isə ona radio avadanlıqları satır.
Vaşinqton İnstitutunun məlumatına görə, sionist rejim həm də Azərbaycanın təhlükəsizlik və kəşfiyyat xidmətlərinin və ölkə prezidentinin mühafizə dəstələrinin hazırlanmasına cavabdehdir.
Eyni mənbəyə görə, sionist tədbirlərin digəri 1997-ci ildə İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya qeyri-rəsmi səfəri ilə yeni mərhələyə qədəm qoyan Xəzər dənizi və İran sərhədi boyunca elektron dinləmə stansiyalarının yaradılmasıdır.
Kiberməkanda üstünlük təşkil etmək və vətəndaşların onlayn kommunikasiyalarına nəzarət etmək üçün kiberbazanın yaradılması Azərbaycan Respublikasının təhlükəsizlik xidmətləri ilə Qüdsdəki işğalçı rejim arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən əsas tədbirlərdən biridir.
- Sionist rejimlə Azərbaycan arasında strateji münasibətlərin yaxşılaşmasına hansı amillər səbəb olub?
Sionistlərlə Azərbaycan arasındakı isti münasibətlərin başqa bir tərəfi də hər iki ölkənin Türkiyə və ABŞ ilə strateji və inkişaf edən tərəfdaşlığıdır. Bu əməkdaşlıqla Azərbaycan və Türkiyə kiçik, lakin güclü erməni-amerikan lobbisinin ABŞ-ın bu ölkəyə qarşı xarici siyasətinə təsir göstərmək cəhdlərinin qarşısını almaq üçün İsrail-Amerika lobbisinin dəstəyini almağa çalışır.
İşğalçı sionistlər ABŞ-ın Yaxın Şərqdəki əsas tərəfdaşlarından biri olduğu üçün bu hadisələr Azərbaycanla sionist rejim arasında münasibətləri strateji baxımdan yaxşılaşdırıb. Bu ölkələr arasında iqtisadi əlaqələri nəzərə alaraq, 1990-cı ildə yaradılmış Azərbaycan-İsrail Dostluq Assosiasiyası ikitərəfli diplomatik və iqtisadi əlaqələri inkişaf etdirir. Bu münasibətlər yaranandan bəri onlar arasında iqtisadi əməkdaşlıq xeyli inkişaf edib.
Sənayenin tənzimlənməsinin ləğvi və azad bazar və liberal iqtisadiyyatın yaradılması səyləri sionist şirkətləri Azərbaycan Respublikasının bazarlarına cəlb edib. Bir çox şirkət xidmət sektoruna sərmayə qoyub.
1994-cü ilin əvvəlində Azərbaycan Rabitə Nazirliyi ilə GTİB (İsrail) arasında birgə müəssisə kimi fəaliyyətə başlayan və ölkədə ilk mobil operator olan Bakcell-i bu kateqoriyaya aid etmək olar.
- İsrail rejiminin Azərbaycan Respublikası ilə enerji və neft sahəsində əməkdaşlığı necədir?
Onların arasında enerji sahəsində artan gizli əməkdaşlıq var. Təl-Əviv Azərbaycan neftinin İtaliyadan sonra ikinci ən böyük idxalçısıdır və iki ölkə arasında illik ticarət dövriyyəsi əsasən neftdən ibarətdir və təxminən 1,3 milyard dollar təşkil edir. Enerji təhlükəsizliyi bu əlaqələrin mühüm tərkib hissəsidir.
İkitərəfli münasibətlərdə əsas amil Azərbaycanın böyük enerji resurslarıdır. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra İsrail rejimi hələ BTC (Bakı, Tbilisi və Ceyhan) layihəsi başlamazdan əvvəl İsrail bu ölkədən neft idxal etməyə başlayıb. İsrail rejiminin xam neftinin təxminən altıda biri Azərbaycandan təmin edilir.
2006-cı ildə İsrailin Azərbaycandakı səfiri Benjamin Ben-Eliezer Azərbaycan neftinin Ceyhandan Aşkelon-Avtomat kəməri ilə Qırmızı dənizə, oradan isə Hindistan və Çin kimi böyük bazarlara ən qısa və ən ucuz boru kəməri kimi nəqlində maraqlı olduğunu bəyan etdi.
Hazırda Türkiyədən işğal olunmuş ərazilərə neft və təbii qaz nəql edə biləcək boru kəmərinin tikintisi üçün texniki-iqtisadi əsaslandırma hazırlanır və belə bir plan həyata keçirilərsə, Azərbaycan xam nefti Hind okeanı sərhəddinə çatdırılacaq.
İsrailin infrastruktur naziri Azərbaycanın Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, İsrail Bakı ilə müqavilə üzrə danışıqlar aparır, bu müqavilə Azərbaycan qazının ixracında 40 milyard dollar dəyərində ola bilər.
İsrail rejimi Xəzər dənizindən neft və qaz idxalı imkanlarını nəzərdən keçirir. Azərbaycan “Şahdəniz”də nəhəng qaz ehtiyatlarını kəşf etdikdən sonra hasilat həcmini 9 milyard kubmetrə çatdırıb.
Ben-Eliezer demişdi: "Biz BTC boru kəmərindən əlavə, Azərbaycan qazının Ceyhana nəqli üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsini təklif etmişik. Hökumətimiz bacardığı qədər Azərbaycan qazını almaqda maraqlıdır! Mən bu məsələni Türkiyənin baş naziri ilə müzakirə etmişəm və bu məsələ ilə bağlı danışıqları davam etdirəcəyik..." Bunun nəticəsidir ki, ötən il Leviafan qaz yatağında qaz kəşfiyyatı işlərinin beynəlxalq təcrübə kimi Azərbaycan Dövlət Korporasiyasına verilməsidir.
Ola bilsin ki, iki hökumət arasında əməkdaşlığın əsas səbəbini incə bir məqamda görmək olar. Hər iki rejim davamlı təhdidlərə məruz qaldıqlarını iddia edirlər. İsrail kimi Azərbaycanın da bütün qonşuları ilə problemləri var və bir növ ekzistensial təhlükə hiss edir. Bu ölkə özünü hər an qarşıdurma ehtimalı hesab etdiyi öz düşmənləri ilə əhatə olunmuş vəziyyətdə tapır! Buna görə də sionist modeldən istifadə edərək özünə etibar və güc qazanmağa çalışır.
- Sionist rejim Azərbaycan Respublikası hökumətinin din əleyhinə və iranofob siyasətində hansı rol oynayır?
Azərbaycan Respublikasının təhsil sisteminin təşkilində sionist rejimin rolu da diqqətə layiqdir. Bu rejim bu ölkədə etnik təmayüllərin alovunu alovlandırmaqla, Azərbaycan Respublikasının rəhbərləri tərəfindən tarixi saxtalaşdırmağa dəstək verməklə, uzaq keçmişdə İran və Rusiya arasında parçalanmış “Böyük Azərbaycan” illüziyasını dəstəkləmək, gələcək nəsli dünyəviliyə və şiə dini inanclarını xurafat hesab etməklə yanaşı, xalqın dini davranışlarına təsir göstərir və bu ölkədə şiə diskursunun formalaşmasının qarşısını almağa çalışır.
Bu məqsədlə hər il azərbaycanlı müəllimlər üçün işğal olunmuş ərazilərdə müxtəlif təcrübə turları təşkil edir və sionistlərin yüksək texnologiya və mühəndislik üzrə ixtisaslaşan ORT şəbəkəsi vasitəsilə onlara yeni təhsil metodları ötürülür.
Maraqlıdır ki, bu İsrail şəbəkəsi İsrailin 60 şəhərində 100.000 tələbəsi olan 250 təhsil müəssisəsinə malikdir. Azərbaycanda bu təhsil metodunun nəticəsi bu ölkənin indiki nəslinin düşüncəsində sionizmin saflaşdırılması və hökumətlərarası mehriban əməkdaşlığa önəm verilməsidir.
Digər tərəfdən, Azərbaycan Respublikası hökuməti İsrailin son illərdəki anti-din və şiə siyasətinin ardınca bu ölkədə şiə fəalların geniş miqyasda həbsini həyata keçirib, şiə alimlərinə və fəallarına uzunmüddətli həbslər verməklə, ölkədə Əhli-beyt (ə) düşüncəsinin təbliğinə mane olmaq üçün onları İrana casusluq, silah və narkotik saxlamaq kimi saxta ittihamlarla zindana atıblar.
Bu siyasətin davamı olaraq Türkiyə tərəfindən Suriyadan didərgin salınmış təkfirçilərin Azərbaycan Respublikasında sərbəst fəaliyyət göstərməsinin, şimal bölgələrində və Qarabağda məskunlaşmalarının və sionizmin proksi qüvvələri kimi ölkəmiz İranın sərhədlərinin təhlükəsizliyinə ciddi təhdid hesab edilməsinin şahidi oluruq.
Maraqlı məqam ondan ibarətdir ki, həmin sələfi və təkfirçi cərəyanlar Azərbaycan Respublikasında prezidentə və bəzi məmurlara qarşı bir neçə dəfə terror aktları törətmişlər, lakin bu gün məscidə və bu torpağın coğrafiyasının bir hissəsinə nəzarət edərək, özlərinin dinə və insanlığa zidd fikirlərini sərbəst şəkildə təbliğ edirlər!
- Sionist rejimin İran İslam Respublikasına qarşı düşmənçiliyi inkişaf etdirmək üçün son illərdə Azərbaycan hökuməti ilə hansı əməkdaşlığı var?
Son illərdə Bakı-Təl-Əviv əməkdaşlığının nəticələrinə aşağıdakılar daxildir:
Birincisi, sionistlərin məqsədlərinə uyğun olaraq İranla sərhəddə elektron casusluq və telekommunikasiya vasitələrinə müdaxilə.
İkincisi, sionist casusları və terrorçularının İran torpaqlarının dərinliklərinə sızmasına kömək etmək.
Üçüncüsü, ölkəmizin nüvə proqramının sənədlərinin oğurlanmasında və ötürülməsində iştirak etmək.
Dördüncüsü, hərbi bazaların imkanlarından istifadə edərək kəşfiyyat pilotsuz təyyarələrini işə salmaq və sionist rejimin F-35 qırıcılarını Sitalçay, Zəngilan və Naxçıvanda yerləşdirmək.
Onu da qeyd etmək lazımdır ki, Sadiq vədi 2 əməliyyatı zamanı Azərbaycan Respublikasının müdafiə naziri İordaniya gedərək sionistlərin göstərişi ilə İordaniya tərəfindəki İranın raketlərinin tutulması üsulu və İranın raket imkanları ilə yaxından tanış olub.
- Azərbaycan Respublikası bu yaxınlarda tətbiq olunan 12 günlük müharibədə sionist rejim ilə İran İslam Respublikası arasında yaranmış gərginlikdə nə kimi rol oynadı?
23 Xordad 1404 (13 iyun 2025) tarixində İran İslam Respublikası ilə sionist rejim arasında 12 günlük müharibənin başlaması dünyanın siyasi və mediasının diqqətində dönüş nöqtəsi oldu. İran diplomatları bir neçə həftədir ki, ABŞ hökuməti ilə dolayı danışıqlar aparırdılar və Oman hökuməti bu işdə konstruktiv rol oynamağa çalışırdı.
Lakin İnqilabın Ali Rəhbərinin əvvəllər vurğuladığı kimi: "Bu danışıqlar bir aldatma idi!" bütün dost ölkələr Xarici İşlər Nazirliyinə bu təcavüzü pisləyən mesajlar göndərdilər, amma Azərbaycan Respublikasından nə rədd, nə də məhkum cavabı verən bir səs çıxmadı! Təbii ki, bu iki qonşu ölkənin mehriban qonşuluq siyasətinə zidd olan bir prosedurdur.
Sanki Bakı unudub ki, İran İslam Respublikası dəfələrlə beynəlxalq forumlarda öz qonşusunun ərazi bütövlüyünə səs verərək, Azərbaycan Respublikası hökumətinə maddi və mənəvi dəstək verməklə dostluq rolunu oynayıb. Bununla belə, Azərbaycan tərəfinin düşmənçilik siyasətinin sonu görünmür və onların Böyük Azərbaycanın gələcəyi, İranda separatizmlə bağlı məşum və nəhs arzuları sönmür!
Ən maraqlısı isə odur ki, Bakı hökumətinə bağlı media İran rəsmilərinin sionist rejimlə əməkdaşlıqla bağlı etirazlarını aldıqdan sonra bu uşaq qətliamçısı və təmkinsiz rejimə dəstək verməyə başlayıb. Onlar İslam Respublikasının hərbi nailiyyətlərinə zərbə vurmaqla, Ali Rəhbəri təhqir etməklə və İsrail əsgərləri fonunda İran kimliyini təhqir etmək, Azərbaycanda İrana qarşı rejimin media oxunu formalaşdırıblar və ən şiddətli çamurluğa və iyrəncliyə əl atıblar.
Bu, bir neçə gün əvvəl Amerikanın “Nationalinterest” saytının Azərbaycan Respublikası hökumətinin İsrailin İrana qarşı hücumlarını dəstəklədiyini etiraf etməsinə baxmayaraq, bu qonşu ölkə hökumətlərarası dostluq siyasətinə zidd olan bu hərəkətlərə səssiz qalaraq ortalıqda qalmaqal yaradır və irqçi (pantürk) şəbəkələrinin tribunasından İran sərhədlərinə qarşı hərbi əməliyyatlar apararaq Təbrizə daxil olmaq barədə şayiələr yayır. Bununla belə prezident Pezeşkianı İƏT-in Bakıda keçiriləcək sammitində iştiraka dəvət etmək üçün prezident institutuna dəvət göndərir! İslam Respublikasına qarşı iqtidar mövqeyinin bəyan edilməsini göstərən şou: “Mən səni həm aşağılayıram, həm də dəvət etdiyim görüşdə iştirak etməyə borclusan!”
Biz bundan sonra Azərbaycan Respublikası ilə beynəlxalq əməkdaşlığımızı davam etdirərkən keçmişdə olduğu kimi onlara qardaşcasına münasibət bəsləsək, onların səhvlərinə göz yumsaq, çox dardüşüncəlik olardı.
İran İslam Respublikasının azərilərin məskunlaşdığı ərazilərin coğrafiyasına həris gözü ilə baxan bu şimal qonşusu, Ermənistanın cənubundan keçid açmağa və Qüdsü işğal etmiş sionist rejim ilə siyasi əməkdaşlığı inkişaf etdirməyə çalışır, əslində NATO və sionizmin agentinə çevrilib və bu da İrana ciddi və qəti addım atmaqdan başqa çarə qoymur.
İran rəsmilərinin Azərbaycan Respublikasına qarşı təmkinliliyi nəinki ölkəmizin xeyrinə olmayacaq, hətta çox da uzaq olmayan gələcəkdə Təbriz və Ərdəbil, Urmiya, Xoy kimi böyük şəhərlərin küçələrində onların əlaltılarının və muzdlularının anti-vətənpərvərlik hərəkətlərinə şahidlik etməli olacağıq.
Bakının nökərləri bu ölkənin bayrağını evlərinə, maşınlarına və s. sancmaqla, istər-istəməz bu diktatura rejiminin rəğbət obyektinə çevriliblər və ölkəmiz daxilində antimilli siyasətini təbliğ etməklə məşğuldur.
Bu 12 günlük müharibədə Bakı və Təl-Əvivin əməkdaşlığı və dəstəyi heç kimə təsirsiz ötüşməyib və ümid edilir ki, bu, ölkəmizin rəsmilərindən də yan keçməyəcək və onları bu şimal qonşumuz ilə münasibətdə ciddi şəkildə yenidən düşünməyə vadar edəcək.
Şərəfsiz düşmən özünü oğruya şərik, karvana isə yoldaş kimi təqdim edir ki, o da bu savaş girdabında bulanıq sudan özünə balıq tutsun, amma necə də batil illüziya!
Sizin rəyiniz