25 avqust 2014 - 05:59
Gərəkli addımı atın

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ovanisyan erməni girovların geri qaytarılması üçün BQX-ə müraciət ünvanladıqlarını qeyd edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ovanisyan erməni girovların geri qaytarılması üçün BQX-ə müraciət ünvanladıqlarını qeyd edib.

“Hüquqi baxımdan cəsədlər hər hansı bir şərt irəli sürülmədən - hətta qarşı tərəfdən təşəbbüs gözləmədən - təslim edilməlidir”.

Bu açıqlama ilə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Azərbaycan və Ermənistana çağırış edib. Çağırışda Cenevrə Konvensiyası xatırladılıb və konvensiyanı imzalayan bütün ölkələrin belə bir addım atmaq məsuliyyəti daşıdığı vurğulanıb.

Qeyd edək ki, Azərbaycan tərəfinə əsir düşən və bir gün sonra ürək çatışmazlığından ölən diversant Karen Petrosyanın cəsədi və 5 digər əsirlə kəlbəcərli girovlar Şahbaz Quliyev, Dilqəm Əhmədov və Həsən Həsənovun nəşinin dəyişdirilməsi istiqamətində müzakirələr aparılır.

Baş nazirin müavini Əli Həsənov ötən həftə mediaya açıqlamasında ermənilərin bu dəyişdirmədən imtina etdiyini bildirmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər