Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraq ordusunun vertolyotları Faluca şəhərində İŞİD terrorçu qruplaşmasının “şəri məhkəmə” binasını bombalayıb. Bu əməliyyat zamanı 43 İŞİD terrorçusu ölüb və onlarla terrorçu isə yaralanıb və terrorçuların bir neçə hərbi maşını darmadağın olunub.
İraq təhlükəsizlik qüvvələri Faluca şəhərində İsrailə aid kitablar tapıblar. Həmin kitablarda terrorçular İraq xaqlına qarşı zorakılıqlar etməyə həvəsləndirilir.
Məlumata əsasən, Əl-Anbar əyalətinin başçısı elan edib ki, İŞİD terroruları ilə mübarizə üçün 5000 könüllü əl-Anbar əyalətinə göndərilib.
Təkrit şəhərinin terrorçulardan təmizlənməsi məqsədi ilə əmliyyatlar davam etdirilir. İŞİD terrorçu qruplaşma üzvləri Təkrit şəhərindən qrup-qrup qaçırlar.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır