Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Suriya ordusu Homusun əl-Vərşə səmtində terroristlərə aid bir silah anbarını ələ keçiribSuriya prezidenti Bəşər Əsəd, ordunu gücləndirmək məqsədiylə, prezidentin mühafizə xidməti qüvvələrinə ölkənin şimalındakı Hələbə göndərillməsi üçün təlimat verib.
"əl-Əhbar" qəzeti prezident Bəşər Əsədin ölkənin şimalında orduya dəstək və bölgə sakinlərinə edilən təzyiqi azaltmaq məqsədiylə prezidentin mühafizə xidməti qüvvələrini Hələbə göndərdiyini yazıb.
Digər bir xəbərə görə, Suriya ordusu Homusun əl-Vərşə səmtində terroristlərə aid bir silah anbarını ələ keçirib.Həmçinin Suriya ordusu Hamanın ətrafında "ən-Nusra" cəbhəsinə aid silah anbarını havaya uçurub.
Eyni zamanda Suriya ordusu tərəfindən Dərada keçirilən əməliyyatda bir neçə sələfi terrorçu məhv edilib. Ölən terrorçular arasında xarici vətəndaşların da olduğu deyilir.
Cenubnews.com
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır