4 iyul 2014 - 12:07
İŞİD İraq ordusu tərəfindən yox ediləcək

İŞİD İraq ordusu tərəfindən yox ediləcək Seyid Əmmar Həkim Mosulda İŞİD-ə qarşı çıxdığı üçün 12 məscid imamının terroristlər tərəfindən edam edilməsinə toxunub

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seyid Əmmar Həkim Mosulda İŞİD-ə qarşı çıxdığı üçün 12 məscid imamının terroristlər tərəfindən edam edilməsinə toxunub

İraq İslami İnqilab Məclisinin rəhbəri Seyid Əmmar Həkim, Bağdadda çıxışı zamanı təkfirçi-Baaçı İŞİD terrorçularının İraq ordusu tərəfindən yox olacağından əmin olduğunu bildirib.

Təkfirçi İŞİD terror təşkilatı ilə əlaqəli olan terroristlərin İraq xalqına qarşı hücumlarından nifrətini dilə gətirən Həkim, terror təşkilatının İraq ordusu tərəfindən məhv ediləcəyini deyib.

Mosulda İŞİD-ə qarşı çıxdığı üçün 12 məscid imamının terroristlər tərəfindən edam edilməsinə toxunan Əmmar Həkim, İŞİD terrorçularının İraqlıların öz inancları, qanunları və mədəniyyətinə sahib çıxdıqları üçün Xristian, Kürdlər və Ərəblər daxil olmaqla bütün vətəndaşlara hücum etdiyini bildirib.

Xatırladaq ki,İraq İslami İnqilab Məclisinin rəhbəri daha əvvəl də, İraqda əhatə edici və xalqın dəstəklədiyi bir rəhbərliyin qurulmasını istəmişdi.

Cenubnews.com

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər